19.06.2016

“Ədəbiyyat biliciləri” müsabiqəsinin qalibləri

Respublikanın ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında mütaliəyə meyil və marağın artırılması, bu sahədə istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə ”Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilmişdir. Respublika mərhələsində keçirilmiş müsabiqədə iki nəfər  şagirdimiz də uğur qazanmışdır.  Xaçmaz rayonu Müqtədir qəsəbə tam orta məktəbin XI sinif şagirdi Xalıqov Etibar Ramiz oğlu III yerə, Zərifə  Əliyeva adına Xaçmaz şəhər 8 №-li məktəb-liseyin X sinif şagirdi Əliverdiyeva Səbinə Rüstəm qızı isə IV yerə  layiq  görülmüşdür. Təhsil Nazirliyinin akt zalında qalib seçilmiş şagirdlərə mükafatların təqdimetmə mərasimi keçirilmişdir.

Mərasimdə Nazir müavini Ceyhun Bayramov, Təhsil Naziri Cənab Mikayıl Cabbarovun adından müsabiqə qaliblərini təbrik etmiş, onlara ürək sözlərini bildirmiş, Cənab Nazir tərəfindən imzalanmış diplom və qiymətli hədiyyələri məktəblilərə təqdim etmiş, xatirə şəkilləri çəkdirilmişdir.