01.07.2016

Xaçmaz Rayon Təhsil Şurasının növbəti iclası keçirilmişdir

30 may 2016-cı il tarixdə Xaçmaz Rayon Təhsil Şurasının növbəti  iclası keçirilmişdir. İclasda Rayon İcra Hakimiyyəti başçısının müavini İlhamə xanım Nəzərova, ümumtəhsil məktəblərin direktorları iştirak etmişdir. İclasın sədri Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova çıxışında, öncə rayon təhsilində uzun illər səmərəli, pedaqoji fəaliyyətinə görə fərqlənən və tədris ili sonu ərəfəsində yubiley yaşları tamam olan, rayonun İ.Qayıbov adına Xaçmaz şəhər 3№-li tam orta məktəbin direktoru Zahirov İslam Bayram oğlunu, Hülövlü kənd tam orta məktəbin direktoru Balayev Rafik Balakişi oğlunu, Ağarəhimoba kənd ibtidai məktəbin direktoru Bədəlov Məmməd Nöhbala oğlunu bu münasibətlə təhsil işçiləri adından səmimi qəlbdən təbrik edərək, onları fəxri fərmanla təltif etmişdir.

İclasda, həmçinin 2015-2016-cı tədris ilinin yekunları, rayonun ümumtəhsil məktəblərinin IX-XI siniflər üzrə buraxılış imtahanlarının  nəticələri təhlil olunmuş və qarşıda duran məsələlərin müzakirəsi aparılmışdır.