15.07.2016

Xaçmaz Rayon Təhsil Şöbəsində uzun müddət pedaqoji sahədə çalışmış, müəllim, səmimi insan  Əliyev Abdulla Mövlud oğlunun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş tədbir

Bu gün Xaçmaz Rayon Təhsil Şöbəsində uzun müddət pedaqoji sahədə çalışmış, müəllim, səmimi insan  Əliyev Abdulla Mövlud oğlunun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə təhsil işçiləri və yubilyarın yaxınları iştirak etmişdir.

Tədbirin giriş sözünü Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova açaraq,  yubilyarın keçdiyi şərəfli həyat yolundan geniş bəhs etmişdir. Qeyd etmişdir ki, Abdulla Əliyev ömrünün 40 ilindən çoxunu şagirdlərin təlim-tərbiyəsinə həsr etmiş, Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışdığı zamanda da öz işinə daima məsuliyyətlə yanaşmış, əməksevərliyi ilə fərqlənmişdir. Abdulla müəllim işlədiyi dövrdə gənc müəllimlərə köməkliyini, bu sahədə bilik və bacarığınl əsirgəməmiş, onlara hər zaman səmərəli tövsiyələrini vermişdir. Digər ziyalılar da çıxışlarında, yubilyar haqqında öz ürək sözlərini bildirmiş, onunla bağlı xatirələrini bölüşmüşlər. Sonda Abdulla müəllimə möhkəm cansağlığı, uzun ömür arzulanmış, yubilyar Təhsil Şöbəsi tərəfindən  fəxri fərman və qiymətli hədiyyə ilə təltif edilmişdir.

 


Açar sözlər: ,