22.08.2016

Rayonumuzun qızıl medala layiq görülmüş məzunu

        Azərbaycan Respublikası Təhsil Nazirliyinin 5 avqust 2016-cı il tarixli 547 №-li “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunması” haqqında əmrinə əsasən 2015-2016-cı tədris ilində rayonumuzun Ə.Tahirov adına Köhnə Xaçmaz kənd tam orta məktəbin XI sinif məzunu İsmayılova Mənsurə Malik qızı qızıl medala layiq görülmüşdür.

        Qeyd edək ki, İsmayılova Mənsurə Malik qızı 635 bal toplayaraq Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Mənsurə eyni zamanda 2015-2016-cı tədris ilində “Milli-mənəvi dəyərlərimiz haqqında düşüncələrim” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin Respublika mərhələsində iştirak etmiş, II yerə layiq görülmüşdür. Məzunumuzu təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.