16.03.2017

“Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsində iştirak etmiş və yer tutmuş şagirdlərlə görüş keçirilmişdir.

Bu gün Rayon Təhsil Şöbəsinin akt zalında Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən rayonun ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında keçirilmiş “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsində iştirak etmiş və yer tutmuş şagirdlərə diplomların təqdimetmə mərasimi keçirilmişdir.

Tədbirdə RTŞ-nin müdiri Mədinə xanım Nurməmmədova çıxış edərək mütaliənin insan həyatında müsbət rolundan danışmış, şagirdlərdə mütaliəyə meyil və marağlarının gücləndirilməsində əhəmiyyətli rol oynadığını qeyd etmiş, müsabiqədə fərqlənən şagirdləri təbrik etmiş,onlara və müəllimlərinə öz ürək sözlərini bildirmişdir. Xaçmaz  şəhər  4 №li tam orta, Palıdlı, Padar, Manafoba, Qıraqlı, Xaçmaz  şəhər 2 №li tam orta, Ağyazı buduq, Aşağı-Zeyid,Yergüc, Qımıl-qışlaq, M.Babayev adına Xaçmaz şəhər 1№li tam orta məktəbin və Sayad, Müşkür, Xaçmaz şəhər 9 №li, Əhmədoba, Qalağan kənd tam orta məktəblərinin şagirdləri və müxtəlif  yerlərə layiq görülmüşlər.

Müsabiqənin rayon mərhələsində 72 nəfər şagird iştirak etmiş, onlardan18 nəfər şagird müxtəlif yerlərə layiq görülmş,Təhsil Şöbəsi tərəfindən diplom və hədiyyələrə layiq görülmüşlər.

Qeyd edək ki, müsabiqənin rayon mərhələsində I  yerə layiq  görülmüş iki nəfər; akademik Zərifə Əliyeva  adına  Xaçmaz  şəhər 8 nömrəli məktəb - liseyin X sinif şagirdi Rəcəbova Jalə  Süleyman qızı  və  A.Səlimov adına Xaçmaz  şəhər  7 nömrəli tam orta məktəbin IX sinif  şagirdi Tahirli  Nəzrin  Rövşən qızı  daha  yüksək  bal  əldə  etmiş  və onların adları  aprel ayında keçiriləcək  Respublika  mərhələsində  iştirak etmək üçün  Təhsil Nazirliyinə təqdim edilmişdir. Bu yolda hər iki şagirdə müvəffəqiyyətlər arzulayırıq.


Açar sözlər: