12.09.2017

Xaçmaz rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransından

08 sentyabr 2017-ci il tarixdə  Heydər Əliyev adına mərkəzdə Xaçmaz rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.Konfransda Xaçmaz Rayon İcra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Təhsil Nazirliyinin məsul işçisi Faiq Şahbazlı eyni zamanda idarə və müəssisə rəhbərləri,yerli icra nümayəndələri, qabaqcıl təhsil işciləri, ali məktəblərə yüksək balla qəbul olmuş məzunlar iştirak etmişlər.

İlk öncə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək, abidə önünə çiçəklər qoymuş, daha sonra  foyede müxtəlif müsabiqələrdə  və yarışlarda yer tutmuş məktəblilərin, eləcədə istedadlı şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.

Konfransda Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova 2016-2017-ci tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məlumət verdi. Daha sonra akademik Zərifə Əliyeva adına 8 №-li məktəb liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi, Resbuplikanın “Əməkdar müəllimi” Gülnisə Ağasiyeva, Aslanoba kənd tam orta məktəbin direktoru İbrahim Əsgərov,Yalama kənd tam orta məktəbin Azərbaycan dili müəllimi Gülnarə Rəfili, müəllimlərin işə qəbulu ilə bağlı qəbul imtahanında yüksək balla Gəncəli kənd ümumi orta məktəbinə təyin olunmuş  biologiya müəllimi Vəfa Məmmədova, Xudat şəhər 2 №li tam orta məktəbin məzunu, 651 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakultəsinin I kurs tələbəsi Nəzrin Əliverdiyeva məruzə ətrafinda ətraflı çıxış etmişlər.

Sonra Təhsil Nazirliyinin məsul işçisi Faiq Şahbazlı çıxış edərək ölkə başçısının hər sahədə olduğu kimi təhsilə, elmə verdiyi diqqət və qayğıdan geniş söz açmış, pedaqoji ictimaiyyətə öz dərin məsləhət və təkliflərini vermişdir.

Rayon İcra Hakimiyyətinin Başçısı Şəmsəddin Xanbabayev cənablarına söz verilmiş, rayonun bütün təhsil işçilərinin “Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, 600-dən yuxarı ball toplamış məzunları təbrik etmiş, onlara hədiyyyələr təqdim etmiş, öz xeyir-duasını vermişdir.

Sonda təhsil işçiləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  cənablarına müraciət qəbul olunmuşdur.


Açar sözlər: