14.09.2017

Millət vəkili Əliyev İlham Əlisəftər oğlunun yüksək balla ali məktəblərə qəbul olunmuş bir qrup məzunlarla görüşü keçirilmişdir.

Xaçmaz Rayon Təhsil Şöbəsinin  akt zalında 56 saylı Xaçmaz kənd seçki dairəsindən Milli Məclisə secilmiş millət vəkili Əliyev İlham Əlisəftər oğlunun yüksək balla ali məktəblərə qəbul olunmuş bir qrup məzunlarla görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Yeni Azərbaycan Partiyasının  Xaçmaz Rayon Təşkilatının sədri Nazim Ağayev, Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova, təhsil işçiləri, məzunların valideynləri iştirak etmişlər.

Görüş zamanı RİH-in başçısı Səmsəddin Xanbabayev çıxışında millət vəkili tərəfindən  atılan  bu xeyriyyəçilik addımını yüksək qiymətləndirmiş, son illər təhsildə qazanılan uğurlardan söz açmış, məzunları, onların valideynlərini  bu münasibətlə təbrik etmiş, bu yolda onlara öz xeyir- duasını vermişdir.

Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova çıxışında  millət vəkili İlham Əliyev cənabları tərəfindən  xeyriyyəçilik ənənəsinin  2010-2011- ci tədris ilindən başlayaraq hal- hazıradək davam etdirilməsindən, artıq 7 il ərzində hər ay  71 nəfər tələbəyə öz şəxsi hesabından verilən təqaüdə görə ona təhsil işçiləri adından öz  dərin təşəkkürünü bildirmişdir. 2016-2017 -cı tədris ilində 287 nəfər məzunun ali məktəbə daxil olması, onlardan 52 nəfərinin 500-dən, 10 nəfərinin isə 600-dən yuxarı bal toplamasından söz açmışdır. Daha sonra hər tədris ilində olduğu kimi 2016-2017- cı tədris ilində də şagirdlərimizin Respublika səviyyəli tədbirlərdə - ”Ən yaxşı təqdimat”,  "Ədəbiyyat biliciləri” müsabiqələrində, fənn olimpiadalarında, idman yarışlarında iştirak edərək müsbət nəticələr əldə edilməsindən geniş söz açmışdır.

Daha sonra məzunlar onlara ayrılan diqqətə görə ilk növbədə  millət vəkilinə  öz  dərin təşəkkürlərini bildirmiş, ali məktəbdə daha səylə oxuyacaqlarına söz vermişlər. Məzunların valideynləri də çıxışlarında millət vəkilinin övladlarına göstərdiyi diqqət və qayğıya görə ona öz  ailələri adından dərin təşəkkür və minnətdarlığını  bildirmişlər.

Millət vəkili sonda bir daha məzunları tələbə adının qazanılması münasibətilə təbrik etmiş, bu yolda onlara tövsiyələrini vermiş, ali təhsil alaraq  daha yüksək nəticələr əldə edilməsi yollarında müvəffəqiyyətlər arzulamışdır.


Açar sözlər: ,