15.09.2017

“Bilik günü” münasibətilə  rayonun  Aşağı-ləgər kəndində  yeni modul tipli məktəb binasının açılış  mərasimi keçirilib

15 sentyabr – Bilik günü münasibətilə  rayonun Aşağı-ləgər kəndində  yeni modul tipli 100 şagird yerlik məktəb binasının açılış mərasimi olmuşdur.

Mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yetkin Mehmanov, 2 saylı Ərazi Maliyə Hesablaşma Mərkəzinin rəisi Şahin İsrafilov, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak etmişlər. Mərasim ilk öncə Dövlət himninin səslənməsi ilə başlandı. Tədbiri açan məktəbin direktoru Yaşar Abbasov  Bilik günü münasibətilə  müəllim və şagirdləri, onların valideynlərini təbrik etmiş, çıxışında  Aşağı-ləgər kəndində də yeni modul tipli məktəbin tikilib müəllim və şagirdlərin istifadəsinə verildiyinə , hər bir sahədə olduğu kimi elmə, təhsilə göstərdiyi diqqət və qayğıya görə ilk növbədə ölkə Prezidenti İlham Əliyev cənablarına pedaqoji kollektiv və valideynlər adından təşəkkür və minnətdarlığını bildirmişdir.    

Daha sonra söz Rayon İcra Hakimiyyəti başcısının birinci müavini Yetkin  Mehmanova verilmiş, çıxışında müəllim və şagirdləri “Bilik günü”  və yeni tədris ilinin başlanması, eyni zamanda yeni məktəb binasının açılışı münasıbətilə təbrik etmiş, ”2014-2018-ci illərdə sosial iqtisadi inkişafın Dövlət Proqramı” nın uğurla həyata keçirilməsindən, eləcə də çoxsaylı sosial infrastruktur müəssisələrin yaradılmasından danışmışdır. Çıxışında daha iki modul tipli məktəbin  Gəncəli və Çılğır kəndlərində  də quraşdırılıb istifadəyə verilməsini vurğuladı.

Sonda rəsmi lent kəsildikdən sonra  ilk zəng sədaları altında şagirdlər sinif otaqlarına daxil olmuşlar.

 


Açar sözlər: