18.09.2017

Rayonun Gəncəli kəndində yeni modul tipli məktəb binasının açılış  mərasimi keçirilib.

Bu gün rayonun Gəncəli kəndində  yeni modul tipli 100 şagird yerlik məktəb binasının açılış mərasimi olmuşdur.

Tədbirdə Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova, 2 saylı Ərazi Maliyə Hesablaşma Mərkəzinin müavini Fərhad Əmrahov, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak etmişlər. Tədbir ilk öncə Dövlət himninin səslənməsi ilə başlandı.Tədbiri açan məktəbin direktoru Çimnaz Əmiraslanova “Bilik günü” münasibətilə müəllim, şagird və valideynləri təbrik etmiş, çıxışında Gəncəli kəndində də yeni modul tipli məktəbin tikilib müəllim və şagirdlərin istifadəsinə verilməsini valideynlərin, xüsusilə də şagirdlərin böyük sevincinə səbəb olduğunu vurğulamış, gostərilən diqqət və qayğıya görə ilk növbədə ölkə Prezidentinə müəllimlər və valideynlər adından dərin təşəkkür və minnətdarlığını bildirmişdir.

 Sonra söz  Rayon  Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədovaya verilmiş, çıxışında müəllim və şagirdləri  və onların valideynlərini yeni tədris ilinin başlanması, və yeni məktəb binasının açılışı münasıbətilə təbrik etmiş, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli təhsil siyasətinin bu gün möhtərəm Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamış, şagirdlərə dövlətimiz tərəfindən onlara yaradılan şəraitdən faydalanmağı, yeni məktəbdə daha səylə oxumağı tövsiyə etmişdir.  Çıxışında daha iki modul tipli məktəb binasının Aşağı-ləgər və Çılğır kəndlərində quraşdırılıb istifadəyə verilməsini də vurğuladı.

 Daha sonra məktəblilər Vətənə, müəllimə həsr olunmuş şeirlər səsləndiriblər.

Sonda rəsmi lent kəsildikdən sonra  ilk zəng sədaları altında şagirdlər növbə ilə sinif otaqlarına daxil olmuşlar.


Açar sözlər: