29.09.2017

“Avrasiya təhsil məkanında dillər  və mədəniyyətlər  dialoqu” adlı keçirilmiş tədbirdən

29 sentyabr 2017- ci il tarixdə akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb-liseyin akt zalında  Rusiya,  Moldaviya, Latviya, Qazaxıstan, Qırğızıstan,Tacikistan, Dağıstan Respublikasının dilçi professor və müəllim heyətinin iştirakı ilə “Avrasiya təhsil məkanında dillər və mədəniyyətlər  dialoqu” adlı tədbir keçirilmişdir.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqut xanım Məsimov, Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova, təhsil işçiləri və rayonun ümumtəhsil məktəblərinin rus dili müəllimləri iştirak etmişlər. İlk öncə qonaqlar məktəbdə Zərifə Əliyeva adına muzeylə yaxından tanış olmuşlar. 

Daha sonra qonaqlar  rus dilinin tədrisinə, rus dilçiliyinə dair maraqlı təqdimatlarla çıxış etmiş, müəllimlərlə birgə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparmışlar. Əsas məqsəd Respublikada Rus dilinin  informasiya mübadiləsinin daha da artırılması və dilçilik ənənələrinin qarşılıqlı əlaqələrinin gücləndirilməsidir. Müxtəlif mənbələrdən gətirilən təqdimatlar seminar iştirakçılarının böyük marağına səbəb olmuş, ölkələrarası ünsiyyət mübadiləsinin bundan sonra da davam etdiriləcəyi qərarlaşdırılmışdır.

Qonaqlar tədbirdən sonra rayonumuzun görməli yerlərini ziyarət etmiş, burada  gedən abadlıq-quruculuq işləri ilə yaxından tanış olduqdan sonra geniş müfəssəl təəssüratlarla ayrılmışlar.


Açar sözlər: