29.09.2017

Məktəblilər  üçün Xaçmaz Xalq Teatrının təqdim etdiyi  “Kişidi bu”  I pərdəli musiqili komediya tamaşası oynanılmışdır

Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət Mərkəzində məktəblilər üçün Xaçmaz Xalq Teatrının təqdim etdiyi “ Kişidi bu” I pərdəli musiqili komediya tamaşası oynanılmışdır.

Aktyorlar tərəfindən məharətlə oynanılan  tamaşa  məktəblilərin maraq və sevincinə səbəb olmuşdur. Qeyd edək ki, 12-14 iyun 2017-ci il tarixlərində Bakı şəhərində keçirilmiş II Respublika Xalq Teatrları Festivalında həmin tamaşa I yerə layiq görülmüş, Mədəniyyət və Turizm Naziri cənab Əbülfərz Qarayev tərəfindən tamaşanın rejissoru və bədii rəhbəri İlham Tağıyev Respublika üzrə “Ən yaxşı rejissor” adına layiq görülmüş, I dərəcəli diplom və qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.

Biz də başda İlham müəllimi və yaradıcı qrupu bu münasibətlə təbrik edir,onlara yaradıcılıq yollarında yeni-yeni nailiyyətlər arzulayırıq.


Açar sözlər: