04.10.2017

Xaçmaz şəhər 9 №-li tam orta məktəbdə şagirdlər arasında “Gəlin narkomaniyaya yox deyək” mövzusunda tədbir

Bu gün Xaçmaz şəhər 9 №-li tam orta məktəbdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şagirdlər arasında “Gəlin narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilmişdir.Tədbirdə Polis Şöbəsinin rəisi, polis polkovniki Nofəl Məhərrəmov, Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun Musayev, Şöbənin veteranlar şurasının sədri Bünyəddin Abuzarov, Rayon Mərkəzi Xəstəxananın həkim narkoloqu Ağakərim Muradxanov və məktəbin pedaqoji kollektivi iştirak etmişdir.

İlk öncə məktəbin direktoru Tünzalə Salahova tədbir iştirakçılarını salamlamış, məktəblilər arasında tərbiyəvi əhəmiyyət daşıyan belə tədbirlərin keçirilməsinə görə gələn qonaqlara öz dərin təşəkkür və minnətdarlıq hissini bildirmişdir.

Sonra Polis Şöbəsinin rəisi polis polkovniki Nofəl Məhərrəmov çıxışında narkomaniyanın insan həyatını zəhərləyən acı fəsadlarından, insanın mənəvi aləmini darmadağın etməklə yanaşı, fiziki sağlamlığına ağır zərbələr vurmasından geniş söz açmış, narkotiklərlə mübarizənin əsas yolu onların istifadəsinə heç zaman yol verməməsindən,geniş bəhs etmişdir. Sonda  müəllim heyətini qarşıdan gələn “5 oktyabr müəllim günü” münasibətilə təbrik etmiş, onlara şərəfli işlərində müvəffəqiyyətlər arzu etmişdir.

Tədbirdə iştirak etmış digər qonaqlar da narkomaniyanın yeniyetmələr arasında aşkar olunmasının pis hal olmasından, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilməsindən geniş danışmışlar.


Açar sözlər: ,