05.10.2017

5 oktyabr  “Beynəlxalq Müəllimlər Günü” dür.

Bu gün Respublikamızın hər bir yerində olduğu kimi, rayonumuzun da çoxsaylı pedaqoji işçiləri “Beynəlxalq Müəllimlər Günü” münasibətilə öz peşə bayramlarını qeyd etmişlər. Bu münasibətlə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini İlhamə xanım Nəzərova, Rayon İcra Hakimiyyəti başçısının İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqut xanım Məsimova, Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova, 2 saylı Ərazi və Maliyə Hesablaşma Mərkəzinin rəisi Şahin İsrafilov, rayonun ümumtəhsil məktəblərinin müəllimləri ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, hörmət və ehtiram əlaməti olaraq abidə önünə tər çiçəklər qoymuş, xatirə şəkli çəkdirmişlər.

Qeyd edək ki, rayonumuzda 2714 nəfər müəllim şagirdlərin təlim tərbiyəsi ilə məşğul olur.Ötən tədris ilində təhsilimiz bir sıra qazanılan uğurlar və nailiyyətlərlə yadda qalmışdır.Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən 2017-2018-ci tədris ili ”Təhsildə keyfiyyət ili” baxımından təhsilimizin üzərinə yüksək vəzifələr qoyur. Ölkə başçısının rəhbərliyi ilə Resbuplikada təhsil sisteminin inkişafı üçün məqsədyönlü işlər görülür. Hər bir sahədə olduğu kimi,təhsil sahəsi də cənab prezidentimizin daim diqqət mərkəzindədir. Belə ki, bu il akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb-liseyin tarix müəllimi Məmmədova Səxavət Hacbala qızı “Tərəqqi” medalına layiq görülmüşdür. Dövlətin diqqət və qayğısı biz pedaqoji işçiləri yeni nailiyyətlərə ruhlandırır, müstəqil dövlətimizin çiçəklənməsi və inkişafı yolunda əzmkarlıqla işləməyə sövq edir.

Bir daha çoxsayli pedaqoji işçiləri “Beynəlxalq Müəllimlər Günü” münasibətilə təbrik edir, onlara çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayırıq.