08.11.2017

“Bayraq meydanı”nda 9 noyabr “Bayraq günü”nə həsr olunmuş tədbirdən

Rayonumuzun “Bayraq meydanı”nda 9 noyabr “Bayraq günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin müavini İlhamə xanım Nəzərova, Rayon İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqut xanım Məsimova, Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova, Gənclər və İdman idarəsinin rəisi Emil Tağıyev müəllimlər və məktəblilər iştirak etmişlər.

Tədbirdə İlhamə xanım Nəzərova müstəqilliyimizin 26 illiyi dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərindən, atdığı möhtəşəm addımlarından, bayrağımızın tarixi və bu günü ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verdi. Bildirdi ki, Cənab Prezident İlham Əliyev 2009-cu il noyabrın 18-nə imzaladığı sərəncamda 9 noyabr günü “Dövlət Bayrağı günü” kimi qeyd olunur. Rayonumuzun “Bayraq meydanı” haqqında geniş məlumat verərək, bildirdi ki, bayraq bizim milli ideyamızın, milli ideologiyamızın anlayışıdır, qürür mənbəyimizdir.

Sonra məktəblilərin ifasında bayraq mövzusuna həsr olunmuş şeirlər söylənildi. Sonda tədbir iştirakçıları “Bayraq Muzeyi”nə baxış keçirmiş və xatirə şəkli çəkdirmişlər.