10.11.2017

Heydər Əliyev adına mərkəzdə məktəblilər arasında yetkinlik yaşına çatmayanların maarifləndirməsi ilə bağlı tədbir

Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Heydər Əliyev adına mərkəzdə məktəblilər arasında yetkinlik yaşına çatmayanların maarifləndirməsi ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin YYÇPİTŞ-nin XMT üzrə baş inspektoru polis polkovnik-leytenantı Əkbər Əkbərov, Rayon Polis Şöbəsinin rəisi polis-polkovniki  Nöfəl Məhərrəmov, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini, yetkinlk yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri İlhamə xanım Nəzərova, Rayon xəstəxanasının narkoloq- həkimi Aqakərim Muradov, müəllimlər və şagirdlər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə polis-polkovniki Nöfəl Məhərrəmov açaraq, toplantı iştirakçıları və gələn qonağı salamlamış, sözü polis polkovnik-leytenantı Ə.Əkbərov verilmiş,”Yetkinlik yaşına çatmayanların cinayətə meyilliklərin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu “mövzusunda geniş məruz etmişdir. Natiq çıxışında Azərbaycan dövlətinin yürütdüyü siyasət ölkədə yüksək, vətənpərvər, zəkalı intellektual gənclər olan bu günkü uşaqların təlim-tərbiyəsinin fiziki-mənəvi sağlamlığının müdafiəsinə yönəlmiş və bu istiqamətdə sistemli şəkildə bütün tədbirlərin həyata keçirilməsindən söz açmışdır.Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsindən, onlar tərəfindən törədilən cinayətlərin qarşısının alınmasından söz açaraq bildirdi ki, çətin tərbiyə olunun, təhsildən yayınanraq səfil həyat tərzi keçirən, cinayət törətməyə meyilli olan yetkinlik yaşına catmayanlara qarşı hüquq- mühafizə orqanları tərəfindən profilaktik tədbirlər həyata keçirilir.Natiq sonda belə tədbirlərin regionlarda keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayaraq, hər bir gənci qanunçuluğa ciddi riayət etməyə Azərbaycan dövlətçiliyinin inkişafında fəal iştirak etməyə çağırdı.

Sonra söz komissiyanın sədri İlhamə xanım Nəzərovaya verilmiş, çıxışında rayonumuzun gənclərinin asudə vaxtlarının səmərəli təşkili və istifadə edilməsindən, idmançılarımızın qazandıqları uğurlardan, məktəblilərimizin Respublika səviyyəli müsabiqələrdə, bilik yarışmalarında,”Ən yaxşı təqtimat” müsabiqələrində yer qazandıqlarından söz açmış, gənclərimizi savadlı, cəmiyyətimiz üçün sağlam vətəndaş olmaqa cağırmışdır.

Tədbirdə çıxış edən digər natiqlər də narkomaniyanın insan həyatına və cəmiyyətdə törətdiyi mənfi təsirindən, insan orqanizminə və sağlamlığına vurduğu zərərlərdən geniş bəhs etmişlər.

Sonda polis-polkovniki yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə “Narkotiklər haqqında nə bilirik” və “Narkotik yoxsa həyat” mövzularında geniş çıxış etmiş, tədbir iştirakçılarına rayonda mübarizənin gücləndirilməsindən, mütəmadi olaraq gənclərin və yeniyetmələrin zərərli vərdişlərdən çəkindirilməsi məqsədilə Rayon Təhsil Şöbəsilə birgə “Gəlin narkomaniyaya yox deyək” mövzusunda keçirilmiş tədbirlərdən danışaraq, qeyd etdi ki, narkomaniya ümumbəşəri bəladır, buna qarşı dövlət orqanları, ictimai təşkilatlar, cəmiyyətin bütün üzvlər birgə mübarizə aparmalıdır. Sonda mövzu ilə bağlı videoçarx nümayiş etdirilmişdir


Açar sözlər: