22.11.2017

“Ölkəmizi tanıyaq” layihəsi üzrə keçirilən növbəti maarifləndirici tur-aksiya

Ölkə Prezidentinin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” layihəsi üzrə keçirilən növbəti maarifləndirici tur-aksiyası çərçivəsində 16-19 noyabr tarixlərində Xaçmaz rayonundan 40 nəfər məktəbli və qrup rəhbərləri üç gün ərzində Qəbələ, Şəki və Zaqatala marşrutu üzrə ekskursiyaya yola salınmışdır. Gəzinti zamanı məktəblilərimiz hər bir rayonun tarixi keçmişi, tarixi abidələri, mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olmuş, rayonlarda gedən abadlıq-quruculuq işləri ilə,ulu öndərin adını daşıyan ideoloji mərkəz və muzeylərlə, tarix diyarşünaslıq muzeyləri ilə, eləcə də hər bir rayonda yerləşən müəssisələr və burada  hazırlanan müxtəlif növ məhsullarla yaxından tanış olmuşlar.Gəzintinin ilk günü məktəblilər Qəbələ Nohur gölü, Yengigə kəndindəki zooparkda olmuş, axşam saatlarında tur iştirakçıları üçün Mədəniyyət Mərkəzində “Cavadxan” filmi nümayiş olunmuşdur. Gəzintinin ikinci günü Şəki rayonunda məktəblilərimiz Heydər Əliyev mərkəzində qarşılanmış, burada onlar ulu öndərin ömür-fəaliyyəti, zəngin ictimai-siyasi fəaliyyəti haqqında geniş məlumatlandırılmış, daha sonra Şəki şəhər Dövlət Tarix Memarlıq Qoruğu ilə. Şəki Xan Sarayı ilə, Şəki Tarixdiyarşünaslıq muzeyi ilə yaxından tanış olmuşlar. Günün ikinci yarısında məktəblilərimiz Zaqatala rayonuna yola düşmüş,burada Heydər Əliyev mərkəzində qarşılanmış,

18 noyabr 2017-ci il tarixində Qəbələ rayonunda yerləşən “Qafqaz Sport” otelində rayonumuzun məktəbliləri, eləcə də  Ağdaş, Füzuli,Tovuz, Göy-göl,Quba, Qusar, Şabran, Siyəzən rayonlarını təmsil edən məktəblilər arasında ”Ölkəmizi tanıyaq” VIII  maarifləndirici tur aksiyasının “Nə?”, “Harada?”, “Nə zaman?” intellektual bilik yarışı keçirilmiş, rayonumuzu təmsil edən komandamız bu yarışda 9 rayona qalib gələrək I yerə layiq görülmüşlər. Komandamız kubak və sertifikatlarla təltif olunmuşdur.Rayonumuzu təmsil edən komandamızı təbrik edir, onlara gələcək yarışlarda uğur diləyirik.


Açar sözlər: