25.11.2017

"Azərbaycan dili və Azərbaycan tarixi fənlərinin tədrisi metodikasının müasir tələblərə uyğun təkmilləşdirilməsi”  mövzusunda zona müşavirəsi

25 noyabr  2017- ci il tarixdə rayonumuzda Təhsil Nazirliyi    əməkdaşlarının təşkilatçılığı ilə  “Azərbaycan dili və Azərbaycan tarixi fənlərinin tədrisi metodikasının müasir tələblərə uyğun təkmilləşdirilməsi”  mövzusunda zona müşavirəsi keçirilmişdir.  Nümunəvi dərslər akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb- liseyində keçirilmiş, müşavirə iştirakçıları ilk öncə akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla anaraq, abidə önünə gül dəstələri qoymuş, daha sonra akademikin adını daşıyan, ömür fəaliyyətinə həsr olunmuş muzeylə yaxından tanış olmuş, məktəbin foyesində təşkil edilmiş şagirdlərin əl işlərindən ibarət sərgiyə baxiş kecirmişlər. Nümunəvi dərslərdə Təhsil Nazirliyinin nümayəndələri, eləcə də Xaçmaz, Quba, Qusar rayonlarından olan müəllimlər iştirak  etmiş, dərs prosesini ümumilikdə 100 nəfərə yaxın təhsil işçisi izləmişdir. Üç saatadək davam edən nümunəvi dərslərdə 18 mövzuya müraciət olunmuşdur.

Nümunəvi dərslərin keçirilməsindən sonra rayonun Tarix diyarşünaslıq muzeyində hər iki fənlərin tədrisi metodikasının müasir tələblərə uyğun təkmilləşirilməsi mövzusunda dəyirmi masa keçirilmişdir.Tədbirin əvvəlində ilk öncə şagirdlər qonağları salamlamış, ifa etdikləri şeirlər  və “Şirin dil” mahnısı ilə tədbirə rəngarənglik qatmışlar. Daha sonra dinlənilmiş dərslər barədə rəylər, fənlər üzrə şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılması, eləcə də fənlərin məzmunu və dərsliklər barədə mülahizələr səsləndirilmiş, rəy və təkliflər irəli sürülmüşdür.

Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov tədbiri giriş sözü ilə açmış,  iştirak etdiyi dərslərdən razı qaldığını və nümunəvi dərsi təşkil edən müəllimlərə təşəkkürünü bildirmiş, müəllim sənətinin çətin və eyni zamanda şərəfli bir peşənin olduğunu vurğulamış, bildirmişdir ki, məktəblərdə  Azərbaycan dilinin, eləcə də Azərbaycan tarixi fənlərinin öyrədilməsi xüsusilə indiki halda çox mühüm vəzifə olaraq qarşıya qoyulmuş və mühüm əhəmiyyət kəsb edir. Bu sahəyə xüsusi diqqətin ayrılması nöqteyi-nəzərdən gələcəkdə də belə müşavirələrin kecirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd etmiş, bu məzmunda bir sıra tövsiyələrini vermişdir.

Respublika Təhsil İnstitunun direktor müvainiləri Ənvər Abbasov və Faiq Şahbazlı çıxışlarında nümunəvi dərslərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını, dərsdinləmələrində iştirak edərək müəllimlər tərəfindən keçirilən dərslərin səmərəliyindən, eləcə də təhsilin keyyfiyyətinin yüksəldilməsində rol oynayan metodik fəaliyyətin təşkili məsələlərindən, dərs prosesində fəal təlim metodlarının əhəmiyyətindən söz açmışlar.

Sonda Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova “Təhsildə keyfiyyət ili” çərçivəsində təhsil işçiləri üçün belə bir müşavirənin rayonumuzda kecirilməsini müasir təhsilimizin inkişafı üçün atılan mühüm bir addım kimi qiymətləndirmişdir. Çıxışında rayonumuzda ikinci dəfədir ki,  nümunəvi dərslərin keçirilməsi müəllimlərdə peşəkarlıq səviyyəsinin daha da artırılması üçün bir stimul yaratmış, müəllimlərdə daha böyük marağın oyanmasından söz açmış, buna görədə ilk öncə Təhsil Nazirliyi rəhbərliyinə və onun əməkdaşlarına öz dərin təşəkkürünü bildirmişdir.


Açar sözlər: ,