M.Müşfiqin anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.                             

 C.Cabbarlı adına Xaçmaz şəhər 6 nömrəli tam orta məktəbdə unudulmaz şair M. Müşfiqin anadan olmasının 110 illiyinə həsr olunmuş “Bədr olmamış hilal” adlı ədəbiyyat gecəsi  keçirilmişdir.

Tədbirdə Xaçmaz Rayon Təhsil Şöbəsinin metodisti İmran Müseyibov, Jurnalistlər birliyinin üzvü, yazıçı Məhərrəm Mustafa, məktəbin direktoru Daxil Qurbanov, məktəbin müəllimləri və şagirdləri iştirak etmişlər.

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aytən Babayeva  ilk öncə tədbir iştirakçılarını salamlayaraq şairin “ Yenə o bağ olaydı” şeiri ilə tədbiri açıq elan etdi.Tədbir şagirdlərin maraqlı çıxışları ilə yadda qaldı. Məktəbin VIIIa sinif şagirdi Səbinə Mürsəlova öz ifasında şairin sözlərinə bəstələnmiş “Qal sənə qurban” və “Oxu tar” mahnılarını oxumaqla tədbirə daha rəngarənglik qatdı. Sonra şagirdlər izləyicilərə M.Müşfiq haqqında marağlı məlumatlar verdilər,şeirlərini böyük həvəslə səsləndirdilər. Gecədə  şagirdlər tərəfindən şairin “Şəngül,Şüngül, Məngül” mənzum nağıllarından və “ Çoban” poemasından parçalar səhnəcik kimi göstərildi.Daha sonra tədbirdə 1988- ci ildə lentə alınmış Dilbər Axundzadənin Müşdiq haqqında xatirələri və unudulmaz şairin həyatına həsr olunmuş “Müqəssir” filmi nümayiş olundu.


Açar sözlər: