19.12.2017

Şagirdimizin    uğurları.

      Xaçmaz rayonu Qobuqıraq kənd ümumi orta məktəbin VIII sinif şagirdi Əmrahova Süsən Faiq qızı Azərbaycan Respublikası Təhsil və Fövqəladə Hallar nazirlikləri tərəfindən 2017-ci ildə keçirilmiş “Fövqəladə Hallar Uşaqların gözü ilə” VII Respublika uşaq yaradıcılıq müsabiqəsinin “Rəsm” nominasiyası üzrə III yerə layiq görülmüşdür. Hər iki nazirlik tərəfindən Əmrahova Süsən Faiq qızına fəxri fərman və qiymətli hədiyyə təqdim edilmişdir.Qeyd edək ki, şagirdimiz ötən tədris ilində də keçirilimş Respublika müsabiqələrində də müxtəlif yerlərə layiq görülmüşdür. Bu münasibətlə Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova şagirdlə görüşmüşdür. Çıxışında rayonumuzun ümumtəhsil məktəb şagirdlərinin  hər tədris ilində müxtəlif müsabiqələrin  o cümlədən ulu ondərin anadan olması münasibətilə keçirilmiş ”Ən yaxşı təqdimat” mütaliə sahəsində keçirilmiş ”Ədəbiyyat biliciləri”, müsabiqələrinin Respublika mərhələlərində əldə etdiyi nailiyyətlərdən söz açmışdır. Süsəni Respublika mərhələsində qalib seçilməsi münasibətilə təbrik etmiş, ona yaradıcılıq yollarında daha böyük müvəffəqiyyətlərin əldə etməsini arzulamışdır.


Açar sözlər: