27.12.2017

16-19 noyabr tarixlərində “Ölkəmizi tanıyaq” layihəsi üzrə keçirilmiş maarifləndirici tur-aksiyası çərçivəsində iştirak etmiş məktəblilərlə görüş.  

 Möhtərəm prezitentimizin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” layihəsi üzrə keçirilmiş maarifləndirici tur-aksiyası çərçivəsində 16-19 noyabr tarixlərində Xaçmaz rayonundan 40 nəfər məktəbli və qrup rəhbərləri üç gün ərzində Qəbələ, Şəki və Zaqatala marşurutu üzrə ekskursiyada olmuş və onlarla Rayon Təhsil Şöbəsində görüş keçirilmişdir.  18 noyabr 2017-ci il tarixində Qəbələ rayonunda yerləşən “Qafqaz Sport” otelində rayonumuzun məktəbliləri, eləcə də Ağdaş, Füzuli,Tovuz, Göy-göl, Quba, Qusar, Şabran, Siyəzən rayonlarını təmsil edən məktəblilər arasında ”Ölkəmizi tanıyaq” Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkil etdiyi “Nə?”,“Harada?”,“Nə zaman?” bilik yarışı keçirilmiş, rayonumuzu təmsil edən komandamız bu yarışda 9 rayona qalib gələrək I yerə layiq görülmüşdür. Bu münasibətlə Rayon İcra Hakimiyyəti başçısının  müavini İlhamə xanım Nəzərova, İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqut xanım Məsimova, Xaçmaz Rayon Təhsil Şöbəsinn müdiri Mədinə xanım Nurməmmədova, məktəblilərlə görüşmüş, onları “bilik yarışında rayonumuzu təmsil edən komandamızı I yerə layiq görülməsi münasibətilə təbrik etmiş, onlara gələcək yarışlarda üğürlar diləmişlər. Daha sonra söz İlhamə xanıma verilmiş, ilk öncə yarışın qaliblərinə RİH-nin başçısı Şəmsəddin Xanbabayev cənablarının təbrikini çatdırmış, çıxışında Müstəqil Azərbaycanımızın günü-gündən inkişaf etdiyi bir dövrdə uşaqların aydın, parlaq səma altında şən və firavan böyüyərək təhsil almalarından, onların asudə vaxtlarının səmərəli təşkili və keçirilməsi üçün dövlətimiz tərəfindən yaradılmış hər cür şəraitin olmasından, möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamların bir daha Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğının bariz nümunəsindən geniş bəhs etmişdir. Sonda qaliblərə sertifikatlar təqdim edilmişdir. Çıxış edən məktəblilərimiz onlar üçün belə bir şəraitin yaradılması, onlara göstərilən diqqət və qayğıya görə ilk növbədə Cənab Prezidentə öz dərin təşəkkürlərini bildirmişlər.


Açar sözlər: