08.01.2018

      Rayonun Bayoba kəndində  yeni modul tipli məktəb binasının açılış  mərasimi keçirilib.

    Xaçmaz rayonun Bayoba kəndində  yeni modul tipli 100 şagird yerlik məktəb binasının açılış mərasimi olmuşdur. Mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini İlhamə xanım Nəzərova, Rayon Təhsil Şöbəsinin nümayəndələri, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak etmişlər.Tədbir ilk öncə Dövlət Himninin səslənməsi ilə başlandı. Tədbiri açan məktəbin direktoru Telman Tarverdiyev yeni məktəbin tikilib istifadəyə verilməsi müəllim və valideynlərin, xüsusil də şagirdlərin böyük sevincinə səbəb olduğunu bildirirək, hər bir sahədə olduğu kimi elmə, təhsilə göstərdiyi diqqət və qayğıya görə ilk növbədə Ölkə Prezidenti İlham Əliyev cənablarına pedaqoji kollektiv və valideynlər adından təşəkkür və minnətdarlığını bildirmişdir. Sonra söz Rayon Təhsil Şöbəsinin  nümayəndəsi Məhərrəm Abasova verilmiş, ilk öncə yeni məktəb binasının tiliklib müəllim və şagirdlərin istifadəyə verilməsi münasibətilə onları təbrik etmiş, daha sonra məktəblərin maadi-texniki bazasının möhkəmləndirilməsindən, təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açmışdır. Sonra söz məktəbin müəllimi Elvina Babayevaya, kənd sakini Məzahir Novruzova verilmiş, çıxışlarında müəllim və şagirdləri  yeni məktəb binasının tiliklib istifadəyə verilməsi münasibətilə təbrik etmiş, dövlət proqramında məktəblərin əasaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər planının uğurla həyata keçirilməsindən söz açmışlar.Tədbirdə şagirdlər ulu öndərə, vətənə, məktəbə həsr olunmuş şeirlər səsləndirmişlər.Daha sonra söz  Rayon İcra Hakimiyyəti başçısının müavini İlhamə xanım Nəzərovaya verilmiş, çıxışında müəllim və şagirdləri, onların valideynlərini Rayon İcra Hakimiyyətinin başçısı cənab Şəmsəddin Xanbabayevin salamlarını, yeni məktəb binasının açılışı münasıbətilə təbrikini çatdırmış, çıxışında ölkədə gedən inkişafin nəticəsində son on ildə rayonumuzda 49-a yaxın yeni məktəb binalarının inşasından, bununla yanaşı 2017-2018-ci tədris ilində Gəncəli və Aşağı-Ləgər kəndlərində də daha iki modul tipli məktəbin quraşdırılıb müəllim və şagirdlərin istifadəyə verilməsindən, eyni zamanda yaxın günlərdə Çılğır kəndində modul tipli məktəbin tikilib istifadəyə veriləcəyindən danışmışdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli təhsil siyasətinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və digər görülən işlərdən geniş söz açmışdır. Qeyd edək ki, 9 otaqdan ibarət məktəb binası yanğın xəbərdarlığ sistemi, işıq və su təchizatı ilə təmin olunmuş, birmərtəbəli tədris ocağının ümumi sahəsi isə 350 kvadratmetrdir.Sonda rəmzi - qırmızı lent kəsildikdən sonra zəng sədaları altında şagirdlər sinif otaqlarına daxil olmuşlar.


Açar sözlər: