10.01.2018

Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr olunmuş tədbir  keçirilmişdir.

    Xaçmaz rayonu Yalama kənd tam  orta məktəbdə gözəllik və həqiqət şairi M. P.Vaqifin anadan olmasının 300 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə məktəbin pedaqoji kollektivi, şagirdlər və qonağlar iştirak etmişlər.Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Rəfili Gülnarə ilk öncə tədbir iştirakçılarını salamlayaraq şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Sonra söz məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Anjela Pirverdiyevaya və məktəbin qonağı təqaüddə olan Azərbaycan dili və ədəbiyyat müəllimi Balamətov Cəlil müəllimə verilmiş, çıxışlarında şairin Azərbaycan ədəbi dilinin inkişafındakı xidmətlərindən, əsərlərində Azərbaycan xalqının adət-ənənələrindən, zəmanəyə, ictimai-siyasi hadisələrə kəskin tənqidi münasibətinin daha güclü olması ilə yanaşı dünya və dünyəvi ideallar şairi kimi nikbinlik, həyatsevərliyindən, poeziyasının ümdə xüsusiyyətindən danışmışlar.Sonra tədbir şagirdlərin maraqlı çıxışları ilə yadda qaldı. Şagirdlər şairin “Hayıf ki, yoxdur”, “Durnalar”, ”Bax”, ”Bayram oldu”, ”Zeynəb”, ”Görmədim” və digər şeirlərini səsləndirməklə tədbirə daha da rəngarənglik qatdılar.   Tədbirdə unudulmaz şairimiz Səməd Vurğunun “Vaqif” dramı şagirdlər tərəfindən səhnələşdirilərək oynanılması tədbir iştirakçılarının marağına səbəb oldu.


Açar sözlər: