18.01.2018

20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir.

Bu gün Xaçmaz şəhər Ç.Abdullayev adına 2 №-li tam orta məktəbində 20 Yanvar faciəsinin 28- ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə məktəbin pedagoji kollektivi və şagirdlər iştirak etmişdir. İlk öncə  Dövlət Himni səsləndirildi , daha sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Sonra tədbiri giriş sözü ilə məktəbin direktoru Sevinc Sədullayeva  açaraq,20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir”mövzüsunda tədbir iştirakçılarına geniş məlumat verdi. Daha sonra söz Hedyər Əliyev irsinin təbliğatçısı Respublikanın “ Əməkdar müəllimi” Cavad Mehmanov və məktəbin tarix müəllimi Elvin Məmmədova verilmiş, çıxışlarında 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, ermeni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdikləri terror aktından, milli azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı divan tutulmasından, kütləvi terror nəticəsində yüzlərlə insanların qətlə yetirilməsindən geniş söz açmış, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, “Qanlı Yanvar” faciəsinə dövlət səviyyəsində tam siyasi hüquqi qiymətin verilməsindən danışmışlar.Sonra məktəblilər  şəhidlərə həsr olunmuş şeirlər  söyləmişlər.

Allah bütün şəhidlərmizə rəhmət eləsin.


Açar sözlər: