31.01.2018

Respublika fənn olimpiadasının rayon mərhələsi keçiriləcəkdir.

4 fevral 2018 -ci il tarixdə  akademik  Zərifə  Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb liseydə saat 900 - dan başlayaraq Respublika fənn olimpiadasının rayon mərhələsi keçiriləcəkdir. Xaçmaz rayonu üzrə keçiriləcək fənn olimpiadasının rayon mərhələsində Azərbaycan dili və ədəbiyyatı fənnindən 115 nəfər, tarix fənnindən Azərbaycan bölməsi üzrə 52, rus bölməsi üzrə 7 nəfər, coğrafiya fənnindən Azərbaycan bölməsi üzrə 53, rus bölməsi üzrə 3 nəfər, riyaziyyat fənnindən Azərbaycan bölməsi üzrə 110 nəfər, rus bölməsi üzrə, 14 nəfər, fizika fənnindən Azərbaycan bölməsi üzrə 35 nəfər, ruz bölməsi üzrə 3 nəfər, kimya fənnindən Azərbaycan bölməsi üzrə 33 nəfər, rus bolməsi üzrə 7 nəfər, biologiya fənnindən Azrbaycan bölməsi üzrə 43 nəfər, rus bölməsi üzrə 7 nəfər, informatika fənnindən Azərbaycan bölməsindən 5 nəfər olmaqla ümumilikdə,  cəmi 487 nəfər şagird iştirak edəcəkdir.

Qeyd edək ki, olimpiadanın rayon mərhələsinin keçirilməsi üçün təşkilatı işlər tam yekunlaşdırılmışdır. Fənn olimpiadalarının tələb olunan səviyyədə, şəffav və obyektiv keçirilməsi məqsədilə “ Respublika fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydaları” nın 2.1. və 2.3. bəndlərinə əsasən Yerli Təşkilat komitələri yaradılmışdır.

Olimpiadada iştirak edən hər bir şagirdə uğurlar diləyirik.


Açar sözlər: