09.02.2018

Xaçmaz Rayon Mədəniyyət Mərkəzində  məktəblillər arasında“ Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı bilik yarışı keçirilmişdir.

Bu gün Xaçmaz Rayon Mədəniyyət Mərkəzində Rayon Mədəniyyət Mərkəzinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə  məktəblillər arasında “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı bilik yarışı keçirilmişdir. Bilik yarışması M.Babayev adına Xaçmaz şəhər 1 №li tam orta məktəbin “Altereqo”, Abdullayev adına Xaçmaz şəhər 2 №li tam orta məktəbin “Tornado” İ.Qayıbov adına Xaçmaz şəhər 3№li tam orta məktəbin “Buta”, A.Səlimov adına Xaçmaz şəhər 7№li tam orta məktəbın” Uğur” komandaları arasında keçirilmişdir.Aparıcı tərəfindən verilən suallar ədəbiyyat, tarix,cöğrafiya fənnlərini, eləcə də incəsənət sahəsindən; musiqi, rəssamlıq, Azərbaycan filmləri, Azərbaycan xalq nağılları, teatr sənəti  əhatə edən suallar səsləndirilmişdir.

Bilik yarışmasında “Tornada” komandası I yerə, ”Uğur” komandası II yerə, “Buta” komandası III yerə, “Altereqo” komandası IV yerə layiq görülmüşdür. Komandaları təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq.

Sonda Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin üzvləri konsert proqramı ilə çıxış etmişlər.


Açar sözlər: