14.02.2018

14 fevral  “Beynəlxalq kitabbağışlama günü”dür.

      Bu gün Xaçmaz Rayon Mərkəzi Kitabxanasında  “Beynəlxalq kitabbağışlama günü”  münasibətilə tədbir keçirilmişdir.Tədbiri Xaçmaz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Azad  Əlifxanov açaraq, ilk öncə tədbir iştirakçılarını salamlamış, kitabın insan həyatında əvvəzsiz rolundan, kitab mütaliəsinin eyni zamanda insanın zehni və hissi inkişafinda vacib tədris vasitəsinin olmasından, mütaliə mədəniyyətinin förmalaşdırılması həm ailədə, həm də kitabxanada məşqulundan geniş söz açmişdir.  Daha sonra söz Regional Mədəniyyət və Turizm idarəsinin məsləhətçisi Söhrab Əmrahov, rayonun yazarlarından Müzəffəroba kənd tam orta məktəbin direktoru,”Ulduzlar” ədəbi məclisin  sədri, şair, Fərzalı Həsənov(Ziyanur), İ.Qayıbov adına Xaçmaz şəhər 3№li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, şairə Gülşən Əhmədova,  Bostançı kənd tam orta məktəbin müəllimi, şair Mehrəli Quliyev, şair Məmməd Qədir və digər çixiş edənlər də kitab oxumağ  düşüncə  qabiliyyətinin inkişaf etdirməsindən, söz ehtiyyatının artırılmasından, dünyagörüşünün formalaşdırılmasından,    eləcə də həm uşaqların, həm də gənc nəslin tərbiyə olunmasında kitabların böyük əhəmiyyət daşımasından söz açmışlar. Daha sonra söz  Azərbaycan dili və ədəbiyyatı fənninin metodisti İmran Müseyibova  verilmiş, çıxışında kitab oxumağın ən müsbət əhəmiyyətindən, insanın dünyaya  və ictimai-sosial hadisələrə baxışının dəyişdirilməsindən danışaraq,  hər il Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən  rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında mütaliəyə meyil və marağın artırılması məqsədilə artıq üçüncü ildir ki, ”Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsindən  və hər il şagirdlərimizin bu müsabiqədə iştirak edərək II və III yerlərə layiq görülməsindən söz açmışdır. Sonra söz məktəblilələrə verilmiş, kitab haqqında  şeirlər və mahnılar ifa etməklə tədbirə daha da  rəngarənglik qatmışlar. Sonda bir qurup tədbir iştirakçılarına  kitablar hədiyyə  edilmiş, kitabxana üzvlərinə - mütaliə sahəsində fərqlənənlərə diplom və hədiyyələr təqdim edilmişdir.

 


Açar sözlər: