21.02.2018

21 fevral “Beynəlxalq Ana dili günü” nə həsr olumuş tədbir keçirilib

 

       Bu gün Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbdə 21 fevral “Beynəlxalq Ana dili günü” nə həsr olumuş “Mənim ana dilim, mənim kimliyim” adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin müəllimləri, şagirdlər, valideynlər və RTŞ-nin nümayəndələri  iştirak etmişlər.

İlk öncə dövlət himni səsləndirilmiş, daha sonra ümummilli lider Heydər Əliyevin ana dilimiz haqqında söylədiyi kəlamların video görüntüləri izlənilmiş, unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin oz  dilindən “Ana dili” şeiri səsləndirilmişdir.

   Daha sonra məktəbin IIc sinif  şagirdləri tərəfindən doğma dilimizə aid şeirlər səsləndirilmiş, mahnılar ifa olunmuş, rəqslər oynanılmış, marağlı səhnəciklər nümayiş etdirməklə tədbirə daha rəngarənglik qatılmışdır.

   Sonda məktəbin direktoru Tünzalə Salahovaya söz verilmiş, tədbir iştirakçılarını salamlamış, çıxışında ana dilimizin  ən incə və mürəkkəb fikirləri ifadə etməyə qadir dillərdən olduğunu, Respublikamız müstəqillik qazandığdan sonra Azərbaycan dilinin  rəsmi dövlət dili elan olunmasından, ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə ana dilinə yüksək qiymət verməsindən danışmış və tədbirin hazırlanmasında zəhməti olan hər bir kəsə öz dərin təşəkkürünü bildirmişdir.

    Eyni zamanda da “Beynəlxalq Ana dili günü”nə həsr olunmuş tədbir rayonun digər ümumtəhsil məktəblərində də keçirilmişdir.

 

    


Açar sözlər: ,  ,