22.02.2018

Xaçmaz Rayon Təhsil Şöbəsinin metodistinin  anadan olmasının 50 illik yubileyi  qeyd edilib.

      Bu gün Rayon Təhsil Şöbəsinin Rus dili və ədəbiyyatı metodisti Reyhan xanım Eyvazovanın anadan olmasının 50 illik yubileyi qeyd edilib. Bu münasibətlə yubilyar haqqında sözü Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova açaraq, onun keçdiyi həyat yolundan söz açıb, ona öz ürək sözlərini bildirib, təhsil işçiləri adından ona ilk növbədə möhkəm can sağlığı və mənalı ömür, səmərəli pedaqoji fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

     Reyhan müəllim ömrünün 27 ilini pedaqoji sahəyə həsr etmiş, hal-hazırda Rus dili və ədəbiyyatı müəllimi, həm də həmin fənnin metodisti  vəzifəsində çalışdığı zamanda da öz əməksevərliyi ilə fərqlənib, gənc müəllimlərə metodiki köməkliyini əsirgəməyib, onları hər zaman diqqət mərkəzində saxlayaraq öz səmərəli tövsiyələrini verilib.

     Sonda yubilyara həm Rayon Təhsil Şöbəsinin, həm də ATİAHİ   Xaçmaz    RK-sı tərəfindən “Fəxri Fərman” və hədiyyələr təqdim edilmişdir.


Açar sözlər: ,  ,