06.03.2018

 “Ən yaxşı təqdimat”  müsabiqəsinin rayon mərhələsi keçirilib.

Qüdrətli dövlət xadımı Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə  həsr olunmuş  IX –XI sinif  şagirdləri arasında “Ən yaxşı təqdimat”  müsabiqəsinin rayon mərhələsi keçirilib.Yeni Azərbaycan Partiyasının və Rayon Təhsil Şöbəsinin birgə xətdi ilə keçirilən müsabiqə iki zonada-həm Xaçmaz, həm də Xudat zonası üzrə keçirilib. Xaçmaz zonası üzrə 52 nəfər şagird, Xudat zonası üzrə 30 nəfər olmaqla cəmi 82 nəfər şagird iştirak edib. Müsabiqənin əsas məqsədi şagirdlərdə ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu və dövlət idarəçiliyi sahəsindəki fəaliyyətində göstərdiyi vətənpərvərlik hissini aşılamaq, məktəblilərin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək, onlarda nitq bacarıqlarını formalaşdırmaq və istedadlı şagirdləri üzə çıxarmaqdir . Müsabiqənin rayon mərhələsində fərqlənən bir nəfər şagird aprel ayında keçiriləcək ölkə mərhələsində iştirak edəcək.

Qeyd edək ki, ötən tədris ilin də bir nəfər şagirdimiz ölkə mərhələsində iştirak etmiş və I yerə layiq görülmüşdür.

   Hər bir iştirakçıya uğurlar arzulayırıq.

 


Açar sözlər: ,