08.03.2018

8 ”Mart Beynəlxalq Qadınlar  günü” nə həsr olunmuş tədbir keçirilib.

   Heydər Əliyev adına mərkəzdə “8 Mart Beynəlxalq Qadınlar günü” nə həsr olunmuş tədbir keşirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin abidəsini ziyarət edərək, xatirəsini anıblar. Tədbiri giriş sözü ilə RİH-nin başçısının I müavini İlhamə xanım Nəzərova açaraq, qadınları bayram münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını bildirmişdir. Tədbirdə qadınların elm, mədəniyyət, təhsil, səhiyyə  və digər sahələrdə qazandıqları uğurlardan danışılıb, onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan geniş bəhs edilib.

Bayram mərasimində Ölkə Başçısı cənab İlham Əliyevin sərəncamına əsasən Ç.Abdullayev adına Xaçmaz şəhər 2 №li tam orta məktəbin direktoru Sədullayeva Sevinc Nəriman qızının “Tərəqqi medalı”na layiq görülməsi münasibətilə RİH-nin başçısı Şəmsəddin Xanbabayev təbrik etmiş, öz ürək sözlərini bildirmiş, medalı ona təqdim etmişdir.

Daha sonra rayonun elm, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan bir qurup qadın, o cümlədən iki nəfər  pedoqoji işçımız də, Rayon Təhsil Şöbəsinin metodkabinetin direktoru Əliyeva Rəna İsmayıl qızı və Köhnə Xaçmaz kənd tam orta məktəbinin dərs hissə müdiri  Məmmədova  Sevil Bayram qızı rayonun içtimai-siyasi həyatında fəal iştirakına görə Fəxri Fərmanla təltif olunmuşdur.

Biz də müəllimləri bu münasibətlə təbrik edir, onlara çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzulayırıq.

Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib.

 


Açar sözlər: ,