13.06.2018

Məktəblərimiz rus dili və ədəbiyyatı  fənni üzrə keçirilən X respublika olimpiadasının qaliblərindən olub.

         Bakı Slavyan Universitetində rus dili və ədəbiyyatı fənnlərinin X respublika olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimda təhsil nazirinin  müavini Firudin  Qurbanov, “Rossotrudniçesto” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin sədri Valentin Denisov, Bakıdakı akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, alimlər və olimpiadanın qalibləri iştirak edib.

      “Rossotrudniçesto” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin sədri Valentin Denisov çıxış edərək bildirib ki,  Azərbaycanda rus dili və ədəbiyyatı fənni üzrə olimpiada bu tədris ilinin yanvar və may aylarında keçirilib.Olimpiadada Ölkənin 51 şəhər və rayonundan 605  ümumtəhsil məktəblərindən 2811 nəfər şagird iştirak edib. Onlardan 170 nəfəri olimpiadanın qalibi seçilib.

      Qeyd edək ki, X respublika olimpiadasının II zona turu 20 aprel 2018- ci il tarixdə Şabran rayonunda keçirilibdir.

    Olimpiadanın nəticələrinə əsasən Xaçmaz şəhər akademik Z.Əliyeva adına məktəb-liseyin şagirdi Məmmədova Sofiya Valeh qızı, N.Nərimanov adına Xudat şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri, Heybətova Fatimə Fariz qızı və Qasımova Samirə Rüstəm qızı, Şimali kənd ümumi orta məktəbin şagirdi Əliyev Eldar Samir oğlu olimpiadanın qalibi olublar. Qalib seçilmiş şagirdlər müəllimləri birlikdə mərasimdə iştirak edərək diplom və hədiyyələrlə təltif ediliblər.

     Olimpiadanın  təşkilatçıları Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, “Rossotrudniçesto” Agentliyinin Azərbaycandakı nümayəndəliyi, Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin  müəllimləri Assosiasiyası olub.

 


Açar sözlər: ,  ,  ,