14.06.2018

 Respublikanın bütün ümumtəhsil məktəblərində “Son səng” tədbirləri   keçirilib

Rayonun ümumtəhsil məktəblərində ənənəvi "Son zəng" tədbirləri keçirilib. Belə  tədbirlərdən biri də  A.Səlimova adına Xaçmaz şəhər 7 №li  tam orta məktəbində baş tutub. Qeyd edək ki,  məktəbi  XI siniflər üzrə 28 nəfər, məzun IX siniflər üzrə 36 nəfər məzun bitirib. Tədbirdə məktəbin müəllimləri, şagirdlər qonaqlar və valideynlər iştirak edib.

Tədbir dövlət himninin səsləndirilməsi və üçrəngli bayrağın meydana gətirilməsi ilə başlanılıb. Sonra məktəbin direktoru Şamama Nəsirova tədbir iştirakçılarını salamlayıb, məzunları “Son zəng” və müstəqil həyata qədəm qoymaları münasibətilə təbrik edib, onlara gələcək həyatda uğurlar arzulayıb.

Tədbirdə Millət vəkili Eləniz Səlimov, Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Nöfəl Məhərrəmov digər qonaqlar və valideynlər çıxış edərək məzunlara işıqlı gələcək həyat yollarında atacaqları addımların uğurlu olmasını, ali  təhsil ocaqlarında yüksək bilik və bacarıq əldə etmələrini arzu ediblər. Çıxışlarında məzunlara tutduqları mövqeyindən asılı olmayaraq, müstəqil Azərbaycan Respublikasının  daha da çıçəklənməsi və inkişaf etməsində öz əməli töhfələrinin verilməsini arzulayıblar.

Daha sonra məktəb-liseyin ictimai həyatında, fəal iştirak edən müsabiqələrdə və idman yarışlarında uğur qazanan bir qurup şagirdlərə, eləcədə işində fərqlənən müəllimlərə  fəxri fərman və diplomlar təqdim edilib.

Kövrələn on birincilərdən fərqli olaraq, birincilərin sevinci hədsizdir. Onlar  məzunlar üçün hazırladıqları şeir, mahnı və rəqs töhfələrini nümayiş etdiriblər.

Müəllim, şagird və valideynlərin həyəcanının aşkar olunduğu tədbirdə on birincilər “Son zəng”in çalındığı günün daha yadda qalması üçün maraqlı çıxışlar təşkil ediblər. Məktəb həyatının ən yadda qalan günündə onlar doğma müəllimlərinə təşəkkürlərini bildirib, qədəm qoyduqları müstəqil həyatda onların qürur duyacaqları insanlar kimi yaşayacaqlarına söz veriblər.

Sonda on bir illik təhsillə əlvidanın rəmzi olan son zəng çalınıb.


Açar sözlər: ,  ,  ,