10.09.2018

       Xaçmaz rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Sentyabrın 7- də Xaçmaz şəhər Tarix Diyarşünaslıq Muzeyində rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfrans iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla anıblar. Konfrans həm də əlamətdar bir günə təsadüf edib. Konfrans iştirakçıları müəllimlərin yeni dərs ili ərəfəsində onlar üçün inşa edilən “Ana dili müəllimi” abidəsinin açılışında iştirak ediblər. Bu həm də bütövlükdə rayon müəllimlərinin əməyinə göstərilən diqqət və verilən böyük töhvədir. “Dəyimi masa” ətrafında keçirilən konfransda Xaçmaz RİH-nin Başçısının I müavini İlhamə xanım Nəzərova,Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, idarə və müəssisə rəhbərləri, qabaqcıl təhsil işçiləri, ali məktəblərə yüksək balla qəbul olmuş məzunlar iştirak ediblər. Konfrans dövlət himninin səsləndirilməsi ilə başlayib.

Sonra Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova “2017-2018- ci tədris ilinin yekunları və qarşıda duran vəzifələr” movzusunda geniş məruzə edib. Məruzədə dövlətimizin milli təhsilimizə olan diqqət və qayğısından,təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli işlərin görüldüyündən söz açıb.Bildirib ki, ötən tədris ilində 50 nəfər məzun 500- dən,12 nəfər məzun 600- dən yuxarı, bir nəfər məzun isə Şimal regionunda ilk dəfə olaraq 700 bal toplamışdir. Mədinə xanım məzunlardan bir nəfərinin qizil, bir nəfərinin isə gümüş medala layiq görülməsini, IX siniflər üzrə 17 nəfərin, XI siniflər üzrə 18 nəfərin fərqlənmə attestatı ilə bitirmələrini diqqətə çatdırdı. Çıxışında 2018-2019-cu tədris ilində Təhsil Nazirliyinin Fəaliyyət Planına əsasən milli təhsildə keyfiyyət ilinin ənənəvi qaydada davam edəcəyini, bununla əlaqədar qarşıda duran vəzifələri yerinə yetirməklə daha böyük uğurların əldə ediləcəyini bildirdi.

 Konfransda iştirak edən 600- dən yuxarı bal toplamış məzunlar təbrik edildi, onlara hədiyyələr təqdim edildi.Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov “Təhsildə keyfiyyət ili” çərçivəsində müəllimlər arasında keçirilən pedaqoji mühazirələrdə Xudat şəhər 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nəzakət Əhmədovaya Respublika “ Pedaqoji Mühazirələr”in nəticələrinə görə təhsil nazirinin imzaladığı tərifnaməni ona təqdim etdi. Xaçmaz RİH-nin Başçısının I müavini İlhamə xanım Nəzərova  təhsildə qazandığı uğurlara, uzun müddət səmərəli pedaqoji fəaliyyətinə görə Təhsil Şöbəsinin metodisti Məhərrəm Abasovu  RİH-nin Başçısının imzaladığı fəxri fərmanla təltif etdi.

Sonra məruzə ətrafinda Qalağan kənd tam orta məktəbin direktoru Cavanşir Rəsulov, Susay kənd tam orta məktəbin müəllimi Amil Rəhimov,qəbul imtahanında yüksək balla Həbibkənd ümumi orta məktəbinə təyin olunmuş gənc müəllim Ofelya Qurbanova, 700 balla “ADA” Universitetinin iqtisadiyyat fakültəsinin I kurs tələbəsi Jalə Rəcəbova çıxış etdilər.                                                       

 Daha sonra RİH-nin başçısının I müavini İlhamə xanım Nəzərova,Təhsil Nanirliyinin Şöbə müdiri Aydın Əhmədov çıxış edərək rayon  təhsil işçilərini qarşıdan gələn “Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi,onlara öz ürək sözlərini bildirdilər,ölkə rəhbərliyinin hər sahədə olduğu kimi təhsil sahəsnə  göstərdiyi diqqət və qayğıdan geniş söz açaraq, pedaqoji ictimaiyyətə öz dəyərli məsləhət və təkliflərini verdilər.

Sonda təhsil işçiləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlandı.

 

 

 


Açar sözlər: ,  ,  ,