21.09.2018

 “Biz sülh istəyirik” adlı tədbir keçirilib

Sentyabrın 20-də Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbdə “Sülh aylığı” çərçivəsində ”Biz sülh istəyirik” adlı tədbir keçirilib. İlk öncə Dövlət himni səsləndirilib. Sonra məktəbin direktoru Tünzalə Salahova tədbir iştirakçılaını salamlayib. Məktəblərdə ”Sülh aylığı” çərçivəsində keçirilən belə tədbirlərin yüksək əhəmiyyətindən söz açıb,bildirib ki, sülh sözünün  böyük mənası qanlı müharibələrin bütün iztirab və ağrılarını görmüş insanlar üçün əzizdir, qiymətlidir, bu söz ana sözü kimi sadə, həyat sözü kimi şirindir. Qeyd edib ki, 21 sentyabr nəinki yalnız xalqlar arasında, eyni zamanda ailələrdə, məktəblərdə köklü zoraklığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür.

Daha sonra məktəbin VII sinif şagirdləri öz istedad və baçarıqlarını nümayiş etdiriblər.Onlar məktəbin həyətində açıq səma altında sülhü tərənnüm edən “Biz sülh istəyirik”, “Göyərçin sülhün rəmzidir” adlı rəsmlər çəkib, şeirlər səsləndirblər. Öz istedadları ilə tədbirə daha da rəngarənglik qatıblar.

Qeyd edək ki, rayonun digər ümumtəhsil məktəblərində də ”Sülh aylığı” çərçivəsində  tədbirlərin keçirilməsi davam etdirilir.


Açar sözlər: ,  ,  ,