16.10.2018

Yol polisi əməkdaşları məktəblilərlə maarifləndirici görüş keçirib

Bu gün M.Osmanov adına Mehrəliqışlaq kənd ümumi orta məktəbində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti alayının II tağımının əməkdaşları məktəblilərlə görüşüb. İlk öncə məktəbin direktoru Pənah Ələsgərov qonaqları salamlayıb və məktəblillər arasında belə maarifləndirici görüşlərin keçirilməsinin yüksək əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

 Sonra YPX-nin baş inspektoru Telman Mustafayev çıxışında  “Yol hərəkəti haqqında”  Azərbaycan Respublikası Qanunun tələblərindən, yollarda nizam-intizam qaydalarından, eləcə də yol mədəniyyətinin yüksəldilməsindən danışıb.Bildirib ki, qəzaların qarşısının alınması istiqamətində profilaktik tədbirlərin güçləndirilməsində tək polis əməkdaşları deyil, vətəndaşlar da məsuliyyət daşımalıdır.Yollarda nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi üçün hamı çalışmalıdır.

Sonda şagirdlər tərəfindən verilən suallar yol polişi əməkdaşı tərəfindən cavablandırılıb.

Qeyd edək ki, belə maarifləndirici söhbətlər rayonun digər ümumtəhsil məktəblərində də mütəmadı olaraq davam etdiriləcək.

 


Açar sözlər: ,  ,  ,