18.10.2018

Müstəqilliyimizin 27-ci ildönümü ilə bağlı tədbir keçirilib  

18 oktyabr 2018- ci il tarixdə Xaçmaz şəhər A.Səlimov adına 7 nömrəli tam orta məktəbdə Dövlət Müstəqilliyi Gününə həsr edilmiş “Azərbaycanın müstəqilliyi bizim milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Xaçmaz Rayon Təhsil Şöbəsinin,Gənclər və İdman İdarəsinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak edib.

Tədbir ilk öncə Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlanılıb.

 Sonra söz Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədova verilib, çıxışında xalqımızın azadlıq və müstəqillik yolunda keşməkeşli mübarizələr və qurbqanlarla dolu tarixi bir yol keçdiyindən, müstəqilliyimizin bərpasının 27 ili ərzində Azərbaycanın qazandığı yüksək nailiyyətlərdən söz açıb. Bildirib ki, bizə bu gözəl günləri, bu əminəmanlığı bəxş edən böyük ömrün sahibi ulu öndər Heydər Əliyev oldu, dahi şəxsiyyət ”Azərbaycan” adlı şah bir əsər yaratdı. Müstəqil Azərbaycan Dövləti, məhz, dahı şəxsiyyətin sayəsində qorundu, möhkəmləndi və inkişaf etdi.

Sonra söz Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmiş məktəbin tarix müəllimi Vilayət Əskərova verilib, çıxışında Azərbaycan xalqının dövlətçilik tarixinin olduqca dərin köklərə malik olduğunu, müasir dövrə qədər xalqımızın formalaşdırdığı dövlətlər, həmin dövlətlərin qurduğu münasibətlər haqqında genış məlumat verdi. O, ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılmış müstəqilliyimizin bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi il daha da möhkəmləndiyini, ölkəmizin bu gün həm siyası, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərdən birinə çevrildiyini vurğuladı.

Daha sonra tədbir məktəb şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlərin səsləndirilməsi ilə davam edib.

 


Açar sözlər: ,  ,  ,