02.11.2018

 Xaçmaz rayonunda 4 modul tipli məktəb binası quraşdırılır

Ölkə başçısının müvafiq tapşırıq və sərəncamına əsasən Respublikanın əksər rayonlarında olduğu kimi Xaçmaz rayonun Alıcqışlaq, Qaracəlli, Cığatay və Ərəb kəndlərində də yeni modul tipli məktəb binaları quraşdırılır.Yeni quraşdırılan  modul tipli məktəblərdən biri də rayonun Ərəb kəndində yerləşir. 40 şagird yerlik ibtidai məktəb binası yaxın günlərdə müəllim və şagirdlərin istifadəsinə veriləcək.1960-cı ildə tikilən köhnə məktəb binasının istismara yararsız vəziyyətə düşməsi yeni binanın inşasını zərurı edib.

Yeni quraşdırılan  təhsil oçağı akt zalı, 4 sinif və müəllimlər otağından ibarətdir. Məktəb binası müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib.

Rayonumuzda 2018-ci ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulan 4 modul tipli məktəb binasında 300-ə yaxın şagird təhsil alacaq.

Qeyd edək ki, ötən tədris ilində rayonumuzun Aşağı-Ləgər, Gəncəli, Bayoba və Çılğır, Əzizli kəndlərində də modul tipli məktəblər quraşdırlıb  müəllim və şagirdlərin istifadəsinə verilib.


Açar sözlər: ,  ,