07.11.2018

“Ucal bayrağım mənim” mövzusunda nümunəvi dərs keçirilib

  Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin 3a sinfində ibtidai sinif müəllimi Könül İbrahimovanın Azərbaycan dili fənni üzrə “Ucal bayrağım mənim” mövzusunda nümunəvi dərsi keçirilib.

 Dərsin əvvəlində “100 yaşın mübarək bayrağım” adlı video çarx nümayiş olunub. Sonra şagirdlər qruplara bölünərək rəngarəng çıxışları ilə maraqlı təqtimat nümayiş ediblər. Belə ki, hər bir qrup dərs prosesində ayrı-ayrılığda bayrağa həsr olunmuş şeir, mahnı, milli geyimdə rəqs oynamaqla maraqlı təqdimat qurublar.

Dərs prosesində şagirdlər marağlı təqtimatla çıxış etdiklərinə görə müəllim dərsin sonunda fərqlənən hər bir qrup üzvünə diplomlar təqdim etdi.


Açar sözlər: ,  ,