08.11.2018

Xaçmazın Bayraq Meydanında “Bayraq Günü”nə həsr olunmuş tədbir keçirilib  

        Bu gün Xaçmaz rayonunun “Bayraq meydanı”nda 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının I müavini İlhamə xanım Nəzərova,YAP-nın Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev, Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova, Rayon Qarabağ Əlillər Cəmiyyətinin sədri Şöhlət Dadaşzadə, rayon ziyalıları, müəllimlər və məktəblilər iştirak ediblər.

        Tədbirdə RİH-nin başçısının I müavini İlhamə xanım Nəzərova çıxış edib. Çıxışında müstəqilliyimizin 27 illiyində Azərbaycanın əldə etdiyi nailiyyətlərindən, atdığı möhtəşəm addımlarından, Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olmasından, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynamasından danışıb. Bildirib ki, Olkə başçısının 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə təsis edilmiş Azərbycan Respublikasının Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək göstəricisidir. 

        Sonra YAP-nın Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayevə söz verilib, qeyd edib ki, Bayraq bizim milli ideyamızın, milli ideologiyamızın anlayışıdır, bizim  qürur mənbəyimizdir. Düşmənimizi xar edən üçrəngli bayrağımız dövlətimizin varlığını, əzəmətini və gücünü dünyaya təsdiqlədi. Dövlətimizin suverenliyinin rəmzi olan üç rəngli bayrağımız məktəblilərimiz arasında da geniş təbliğ olunur.

        Sonra rayonun Arzu kənd tam orta məktəbin müəllimi Hicran Şabanova “Mənim üçrəngli bayrağım” mövzusunda çıxış edib.Çıxışında bayrağın yaranma tarixindən xalqımızın min bir əziyyətlə əldə etdiyi üçrəngli bayrağa olan sevgi və məhəbbət hisslərinin yaradılmasından, qürur və varlığımızın təcəssümündən söz açıb.

        Daha sonra Rayon Qarabağ Əlillər Cəmiyyətinin sədri Şöhlət Dadaşzadə çıxış edərək gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bayrağımızın əvəzolunmaz rolundan, vətən uğrunda canından keçmiş, şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın məhz üçrəngli bayrağımızı öpərək önündə and içmələrindən söz açıb.

         Sonra məktəblilərin ifasında bayraq mövzusuna həsr olunmuş şeirlər söylənilib.

         Sonda tədbir iştirakçıları “Bayraq Muzeyi”nə baxış keçirib, önündə xatirə şəkli çəkdiriblər.   

 

  

 


Açar sözlər: ,  ,  ,  ,