22.11.2018

Xaçmaz məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Qəbələ-Şəki- Zaqatala istiqamətində ekskursiyada olub

“Ölkəmizi tanıyaq” layihəsi üzrə keçirilən növbəti maarifləndirici tur-aksiyası çərçivəsində rayonumuzu təmsil edən məktəblilər  Qəbələ, Şəki və Zaqatala istiqaməti üzrə ekskursiyadan qayıdıblar. Gəzinti zamanı məktəblilərimiz hər bir rayonun tarixi keçmişi, tarixi abidələri, adət-ənənələri, rayonlarda gedən abadlıq-quruculuq işləri ilə, ulu öndər Heydər Əliyevin adını daşıyan ideoloji mərkəz və muzeylərlə, tarix diyarşünaslıq muzeyləri ilə, eləcə də hər bir rayonda yerləşən müəssisələr və burada  hazırlanan müxtəlif növ məhsullarla yaxından tanış olublar. Gəzintinin ilk günü məktəblilər Qəbələ Nohur gölü, Yengigə kəndindəki zooparkda olublar. Gəzintinin ikinci günü Şəki rayonunda məktəblilərimiz Heydər Əliyev mərkəzində qarşılanıb, burada onlar ulu öndərin ömür-fəaliyyəti, zəngin ictimai-siyasi fəaliyyəti haqqında geniş məlumatlandırılıblar.

Daha sonra Şəki şəhər Dövlət Tarix Memarlıq Qoruğu ilə. Şəki Xan Sarayı ilə, Şəki Tarixdiyarşünaslıq muzeyi ilə yaxından tanış olublar.

Günün ikinci yarısında məktəblilərimiz Zaqatala rayonuna yola düşüblər. Yolüstü Kiş kəndində yerləşən qədim Alban məbədi ilə, Dədə Qorqud Meydanı, Tarıx Diyarşünaslıq Muzeyi, Fındıq emalı zavodu və rayonun digər görməli yerləri ilə yaxından tanış olublar.

20 noyabr 2018-ci il tarixində Qəbələ rayonunda rayonumuzun məktəbliləri, eləcə də  Ağdaş, Füzuli, Tovuz, Göy-göl, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonlarını təmsil edən məktəblilər arasında ”Ölkəmizi tanıyaq” X  maarifləndirici tur aksiyasının “Nə?”, “Harada?”, “Nə zaman?” intellektual bilik yarışı keçirilib. Rayonumuzu təmsil edən komandamız bu yarışda 9 rayon arasında  III yerə layiq görülüb. Komandamız kubak və sertifikatlarla təltif ediliblər.

 


Açar sözlər: ,  ,