20.06.2019

Respublika fənn olimpiadalarnın qalibləri ilə keçirilən görüşdən

 

 Fənn olimpiadalarının Respublika final turunun Xaçmaz rayonu üzrə qaliblərinin Xaçmaz Rayon Təhsil Şöbəsinin akt zalında görüşü keçirilib.

Görüşdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının I müavini İlhamə xanım Nəzərova, Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova, Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorları, fənn müəllimləri və qaliblərin valideynləri iştirak ediblər.

Görüşü RTŞ-nin müdiri Mədinə xanım Nurməmmədova açaraq Ölkə Başçımızın hər zaman təhsil sahəsini diqqət mərkəzində saxladığını, bu sahəyə olan dövlət qayğısından, şagirdlər arasında keçirilən fənn oimpiadalarının yüksək əhəmiyyətindən danışıb, Respublika final turunun qaliblərini təbrik edib, şagirlərinin uğur qazandığı fənn müəllimlərinə, onların valideynlərinə  təşəkkürünü bildirib.

Sonra fənn olimpiadalarının Rayon Təşkilat Komitəsinin koordinatoru  Azad Bədəlov 2018-2019 -cu tədris ilində keçirilmiş fənn olimpiadasının, həmçinin fənn müsabiqələrinin nəticələri haqqında geniş məlumat verib, şagirdləri qazandıqları uğur münasibətilə təbrik edib.

Görüşdə qızıl medal mükafatçısı Ceyhun Əsədov bildirib ki, olimpiadada uğur qazanmaq, qarşısına qoyduğu məqsədə nail olmaq üçün daha çox səy göstərib, çəkdiyi əziyyətin bəhrəsini əldə etdiyi üçün çox sevinir. Əldə etdiyi nailiyyətlərə  ölkəmizdə elmə, təhsilə göstərilən diqqət və qayğıya görə ilk növbədə ölkə prezidenti cənab İlham Əliyevə, bu sahədə ona dəstək verən fənn müəlliminə öz dərin  təşəkkürünü bildirib.

Daha sonra söz Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının I müavini İlhamə xanım Nəzərovaya verilib. İlk öncə olimpiada qaliblərini RİH-nin başçısı Şəmsəddin Xanbabayev adından təbrik edib, onlara ən xoş arzularını bildirib, qaliblərə bu yolda uğurlarının davamlı olmasını arzulayıb. Qeyd edib ki, istedadlı gənclərin vaxtında üzə çıxarılması ölkənin dayanıqlı inkişafının və işıqlı gələcəyinin təminatıdır.

Zona turunun iştirakçısı olan 105 nəfər şagirddən 9 nəfəri Respublika final mərhələsində iştirak edib, onlardan Ş.Sədiyev adına Qımıl-qışlaq kənd tam orta məktəbin XI sinif şagirdi Ceyhun Əsədov Azərbaycan dili və ədəbiyyatı fənnindən I yer tutaraq qızıl medala, Arzu qəsəbə tam orta məktəbin VIII sinif şagirdi Amin Mirişov  tarix fənnindən III yerlə bürünc medala, C.Cəbiyev adına Nərəcan kənd tam orta məktəbin XI sinif şagirdi Hürü Məmmədova riyaziyyat fənnindən III yerlə bürünc medala, Ə.Fətəliyev adına Bayoba kənd ümumi orta məktəbin IX sinif şagirdi Əfsan Xasiyev çoğrafiya fənnindən III yerlə bürünc medal mükafatına layiq görülüblər.

Qeyd edək ki, 25 may 2019-cu il tarixdə keçirilən Respublika fənn olimpiadalarının final mərhələsində 49 nəfər qızıl, 94 nəfər gümüş, 156 nəfər bürünc olmaqla ümumilikdə 299 nədər qalib olub.

Sonda Rayon Təhsil Şöbəsinin qiymətli hədiyyələri qaliblərə təqdim edilib və  birgə xatirə şəkli çəkdirilib.