25.06.2019

Xaçmaz UGİM “Alovlu Qafqaz” III  Uşaq Gənclər Folklor Rəqs və Yaradıcılıq Festivalında uğurla iştirak ediblər

İyunun 21- Quba şəhərində  yerləşən “Yaşıl teatr”da Quba Rayon Uşaq Gənclər İnkişaf  Mərkəzinin təşkilatçılığı ilə “ Alovlu Qafqaz” III  Uşaq Gənclər Folklor Rəqs və Yaradıcılıq Festivalı keçirilib.

 Festivalda Bakı şəhəri 5 nömrəli, Şabran, Xaçmaz, Goranboy, Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzləri, Gürcüstan, Rusiya, Dağıstan, Şimali Osetiya, İnquşetiya, Qaraçay-Çərkəz, Kabardin-Balkar Respublikalarından uşaq və gənclər iştirak ediblər.

Təhsil Nazirliyi və Quba Uşaq Gənclər İnkişaf mərkəzinin birgə dəstəyi ilə keçirilən festivalda maraqlı anlar yaşanıb. İştirakçılar bir-birindən maraqlı konsret proqramı ilə çıxış ediblər.

Festivalın keçirilməsində məqsəd ölkəmizin tarixi iris, mədəniyyəti, milli adət ənənələri, xalq yaradıcılığını  uşaq və gənclər arasında daha dərindən təbliğ etmək, rəqslərimizi müasir tələblər səviyyəsində ölkəmizə gələn qonaqlara yaxından tanıtmaq olub.

Rəsm və əl işləri nominasiyası üzrə Xaçmaz rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Sevinc Mürsəliyeva 1-ci yerə, Hüseyn Məmmədov 2-ci yerə, Nuray Cəlilova 3-ci yerə layiq görülərək sertifikatla təltif ediliblər. Festivalda Xaçmaz rayonu UGİM-in direktoru Gülnarə Qafarova da Quba Rayon İcra Hakimiyyəti başçısı tərəfindən diplomla təltif edilib.

Festival iştirakçılarının çıxışları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

 


Açar sözlər: ,  ,