07.10.2019

Təhsil işçiləri ”Beynəlxalq Müəllimlər Günü” münasibətilə öz peşə bayramını qeyd edib      

    

Respublikamızın hər bir yerində olduğu kimi, rayonumuzun da çoxsaylı pedaqoji işçiləri Beynəlxalq Müəllimlər Günü münasibətilə öz peşə bayramını qeyd edib.Bu münasibətlə Xaçmaz  Rayon İcra Hakimiyyəti başçısının I müavini İlhamə xanım Nəzərova, Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova, rayonun ümumtəhsil məktəblərinin direktor və müəllimləri ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Sonra tədbir iştirakçıları rayonun “Çənlibel” istirahət və əyləncə mərkəzində müəllimlərin şərəfinə ucaldılan “Ana dili müəllimi”abidəsini ziyarət ediblər. Toplantıda Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının I müavini İlhamə xanım Nəzərova Rayon İcra Hakimiyyətinin Başçısı adından əlamətdar gün münasibətilə pedaqoji sahədə çalışan müəllimləri təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.Çıxışında dövlətimiz tərəfindən hər zaman müəllim əməyinə göstərilən diqqət və qayğıdan söz açıb.

Tədbirdə həmçinin şagirləri Respublika Fənn Olimpiadalarında uğur qazanan müəllimlər Rayon Təhsil Şöbəsi rəhbərliyinin imzaladığı fəxri fərmanla təltif ediliblər.

Sonda toplantı iştirakçıları abidə önündə xatirə şəkli çəkdiriblər.

Ölkə başçısının rəhbərliyi və tapşırığı sahəsində Resbuplikada təhsil sisteminin inkişafı üçün məqsədyönlü işlər görülür. Hər bir sahədə olduğu kimi, təhsil sahəsi də cənab Prezidentin daim diqqətindədir. Dövlətin diqqət və qayğısı nəticəsində hər il müəllimlərin peşə bayramı ərəfəsində təhsilin inkişafında xidməti olan müəllimlərin təltif edilməsi onları daha əzmlə fəaliyyət göstərməyə ruhlandırır, müstəqil dövlətimizin çiçəklənməsi və inkişafı yolunda əzmkarlıqla işləməyə sövq edir.

Sevindirici haldır ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Xaçmaz rayonu Qaradağlı kənd tam orta məktəbin coğrafiya müəllimi İsayevRəhman Niftalı oğlu ”Tərəqqi” medalına, rayonun Qımıl-qışlaq kənd tam orta məktəbin direktoru Rzaxanov Nazim Nüsrəddin oğlu Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərman”ına layiq görülüb.

2019-2020-ci tədris ilində də Təhsil Nazirliyinin Fəaliyyət Planına əsasən milli təhsildə “Keyfiyyət ili” ənənəvi qaydada davam edəcək, bununla əlaqədar qarşıda duran vəzifələri yerinə yetirməklə daha böyük uğurlar əldə ediləcək.

 


Açar sözlər: ,  ,