01.11.2019

  Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd edilib

Xaçmaz şəhər B.Rəsulov adına 5 nömrəli tam orta məktəbdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisit və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyi münasibətilə tədbir keçirilib.

İlk öncə böyük ədib haqqında videofilim nümayiş etdirilib.

Sonra məktəbin dil ədəbiyyat müəllimi Şəhla Süleymanova çıxış edərək Mirzə Cəlilin zəngin irsindən, Azərbaycan ədəbiyyatında yeni mərhələnin yaradılmasında müstəsna xidmətlərindən danışıb.

Tədbirdə məktəblilər Cəlil Məmmədquluzadənin əsərlərindən ibarət ədəbi-bədii kompozisiya təqdim edib, marağlı təqdimatlarla çıxış ediblər.

Sonra söz Rayon Təhsil Şöbəsinin nümayəndəsi İmran Müseyibova verilib. O,çıxışında rayonun ümumtəhsil məktəblərində keçirilən belə tədbirlərin yüksək əhəmiyyətindən söz açıb. Bildirib ki, cənab Prezident İlham Əliyevin görkəmli ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamın imzalanması ölkəmizdə yazıçılarımıza, bütövlükdə ədəbiyyatımıza, dövlət səviyyəsində yüksək qiymət verilməsinin bariz nümunəsidir.

Sonda şagirdlər yazıçının həyat və yaradıcılığından bəhs edərək bilik və bacarıqlarını nümayiş etdiriblər. Fərqlənən şagirdlər diplomlarla təltif ediliblər.

 

 

 


Açar sözlər: ,  ,  ,