08.11.2019

İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib   

 

Xaçmaz şəhər Ç.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə  Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə ”Məndə sığar iki cahan” adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbiri giriş sözü ilə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Fəridə Bəybalayeva açaraq mütəfəkkir şairin həyat və yaradıcılığından, zəngin irsinin milli mənəvi dəyərlərindən söz açıb. O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və dahi ustadın 650 illik yubileyi ilə əlaqədar olaraq 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamın verilməsi şairin irsinə dövlət səviyyəsində verilən dəyərin yüksək göstəricisidir.

Sonra tədbir iştirakçıları dahi şairin yaradıcılığından bəhs olunan videofilmi izləyiblər.

Tədbirdə şagirdlər əbədi-bədii kompozisiyalar nümayiş etdirib,şairin qəzəllərindən nümunələr səsləndiriblər.   

 


Açar sözlər: ,  ,  ,