08.11.2019

    Xaçmaz rayonunun Bayraq meydanında Dövlət Bayrağı günü qeyd edilib

         Bu gün Xaçmaz rayonunun “Bayraq meydanı”nda 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.Tədbirdə Rayon İcra Hakimiyyətnin, Rayon Təhsil Şöbəsinin, idarə və təşkilat nümayəndələri, rayon ziyalıları, müəllimlər və məktəblilər iştirak ediblər.

          Tədbirdə RİH-nin başçısının I müavini İlhamə xanım Nəzərova çıxış edib.O, çıxışında müstəqilliyimizin 28 illiyində Azərbaycanın əldə etdiyi nailiyyətlərindən, atdığı möhtəşəm addımlarından, Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olmasından, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında bayrağın böyük rol oynamasından danışıb. Çıxışında bildirib ki, Ölkə başçısı cənab İlham Əliyevın 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə təsis edilmiş Azərbycan Respublikasının Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək göstəricisidir.

Sonra Ə.Tahirov adına Köhnə Xaçmaz kənd tam orta və R.İsrafilov adına Qobuqırağ kənd ümumi orta məktəbin  şagirdlərinin üçrəngli bayrağımıza həsr etdikləri təqdimatlar tədbir iştirakçıları tərəfindən marağla izlənilib.Məktəblilər  bayraq mövzusunda həsr etdikləri şeirlərlə, ifa etdilkəri mahnılarla, milli geyimdə  oynadıqları rəqslərlə  tədbirə daha da rəngarənglik qatıblar.

Daha sonra şagirdlər sülhün rəmzi sayılan ağ göyərçinlərı və rəngbərəng şarları səmaya buraxıblar.                                                                   

           Sonda tədbir iştirakçıları “Bayraq Muzeyi”nə baxış keçirib, önündə xatirə şəkli çəkdiriblər.   

 

 


Açar sözlər: ,  ,  ,  ,  ,