25.11.2019

Xaçmaz məktəbliləri arasında “Alyans”Canlı Aləmin Mühafizəsi İctimai biriliyi tərəfindən təbir keçirilib  

22 noyabr 2019-cu il tarixdə Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində ümumtəhsil məktəblərinin şagirdləri arasında “Alyans”Canlı Aləmin Mühafizəsi İctimai biriliyinin tərəfindən maarifləndirici təbir keçirilib.

Tədbirin keçirilməsinə “Alyans”Canlı Aləmin Mühafizəsi İctimai Biriliyinin tərəfindən müəllim və şagird kollektivi ilə birgə vətənə sevgi duyğularını gücləndirmək, onun təbiətinə, canlı aləminə sevgi, mərhəmət və əxlaqı münasibət keyfiyyətlərini inkişaf etdirmək məqsədi daşıyıb.

Tədbirdə İctimai Birliyin rəhbəri Mənsurə xanım Rəsulzadə heyvanlar aləminin sivil nəzarəti, mühafizəi və yaşıllıqların qorunması mövzusunda çıxış edib.

Sonra söz Rayon İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqut xanım Məsimova verilib.O, çıxışında “Alyans”Canlı Aləmin Mühafizəsi İctimai Biriliyi tərəfindən məktəblilər arasında keçirilən maarifləndirici tədbitin yüksək əhəmiyyət daşıdığını bildirib və İctimai birliyin rəhbərliyinə öz dərin təşəkkürünü bildirib.

Daha sonra Rayon İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqut xanım Məsimov, Rayon Təhsil Şöbəsinin nümayəndəsi İmran Müseyibov və on nəfər könüllü məktəbli “Alyans”Canlı Aləmin Mühafizəsi İctimai Biriliyi tərəfindən ekoloyi maarifləndirmə aparılması üçün təşkilatı işlıərdə fəallığı ilə seçilərək “Qızıl Ürək” fəxri adına layiq görülərək diplomlarla təltif ediliblər.

Tədbir konsert proqramı ilə davam etdirilib.

 


Açar sözlər: ,  ,