06.12.2019

            Xaçmaz rayonunda ağacəmə aksiyası keçirilib

Ölkə başçısı cənab İlham Əliyevin sərəncamına əsasən 2019 -cu il olkəmizdə “Nəsimi ili” kimi qeyd olunur. Dahi şairin həyat və yaradıcılığı ölkə ictimaiyyətinə nüfuz edilir, onun zəngin irisi daha dərindən öyrənilir, mənimsənilməsi yolunda önəmli addımlar atılır. Bu münasibətlə Xaçmaz rayonunda da dahı şairin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Yeni yaşıllıq zonalarının salınması təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyətinin Başcısı Elnur Rzayev, idarə, təşkilat və müəssisələr yaxından iştirak ediblər.

Ağacəkmə aksiyasında təhsil müəssiləri  də yaxından iştirak edib, müəllim və texniki işçilərinin iştirak etdiyi kütləvi iməclikdə təmizləmə işləri aparılıraq, 300-dək ağac əkilib.

 Qeyd edək ki, rayonda yeni yaşıllıq zonalarının salınması təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyasında 3000-dək müxtəlif növ ağacların əkilməsi nəzərdə tutulub.

 


Açar sözlər: ,  ,  ,