17.12.2019

         İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib

16 dekabr 2019-cu il tarixdə Xaçmaz rayonu R.İsrafilov adına Qobuqıraq kənd ümumi orta məktəbdə Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə “Mən əbədiyyət üfüqlərində doğan günəşəm” adlı ədəbi-bədii tədbir keçirilib.Tədbirdə Rayon Təhsil Şöbəsinin əməkdaşı, məktəbin müəllim və şagirdləri iştirak edib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Çimnaz Babayeva açaraq gələn qonaqları salamlayıb, şairin zəngin irsinin milli mənəvi dəyərlərindən söz açıb.

Daha sonra tədbirdə şagirdlər əbədi-bədii kompozisiyalar nümayiş etdirib,şairin qəzəllərindən nümunələr səsləndirib, səhnəciklər göstəriblər.  

Sonra məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Heybət Adilov çıxış edərək dahi şairin həyat və yaradıcılığından, ədəbiyyatımıza gətirdiyi qiymətli incilərdən söz açıb.

Tədbirin sonunda söz Rayon Təhsil Şöbəsinin Azərbaycan dili və ədəbiyyatı metodisti İmran Müseyibova verilib.O,çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və dahi ustadın 650 illik yubileyi ilə əlaqədar olaraq 2019-cu ilin “Nəsimi ili” elan edilməsi şairin zəngin irsinə dövlət səviyyəsində verilən dəyərin yüksək göstəricisidir. Sərəncama uyğun olaraq rayonumuzun ümumtəhsil məktəblərində silsilə tədbirlərin həyata keçirilməsi təhsil ocaqlarında yüksək əhəmiyyət daşıyır.

Sonda tədbir iştirakçıları birgə xatirə şəkli şəkdiriblər.

 


Açar sözlər: ,  ,  ,  ,