13.01.2020

Respublika fənn olimpiadalarının birinci- rayon mərhələsi keçirilib

12 yanvar 2020-ci il tarixdə ölkənin bütün şəhər və rayonlarında olduğu kimi Xaçmaz rayonunda da 2019-2020-ci dərs ili üçün məktəblilərin Respublika fənn olimpiadalarının birinci-rayon mərhələsi keçirilib.

Fənn olimpiadasında rayonun ümumtəhsil məktəblərinin IX, X, XI sinifləri üzrə 570 nəfər şagird iştirak edib.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilib.

Olimpiadanın rayon (şəhər) mərhələsində şagirdlərə 3 saat ərzində cavablandırmaları üçün fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib.

Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb liseydə keçirilən olimpiada saat 10:00-dan başlayıb,13:00-da başa çatıb.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarət olub.

Respublika fənn olimpiadası “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilib.

 


Açar sözlər: ,  ,  ,